Agriasia MMC “caspian agro 2026” sərgisində iştirak etdi

Kənd təsərrüfatı texnikaları və aqrar həllərin təqdimatı sahəsində fəaliyyət göstərən Agriasia MMC, Caspian Agro 2026 beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edib. Sərgi çərçivəsində şirkət müasir kənd təsərrüfatı texnikaları və aqrotexniki həlləri ziyarətçilərə təqdim edərək fermerlər üçün innovativ və səmərəli imkanlar nümayiş etdirib. Agriasia MMC-nin stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və gün ərzində çoxsaylı işgüzar görüşlər keçirilib. Şirkət nümayəndələrinin məlumatına əsasən, təqdim olunan texnikalar məhsuldarlığın artırılması, yanacaq sərfiyyatına qənaət və istifadədə rahatlıq kimi üstünlükləri ilə seçilib. Sərgi müddətində həm potensial müştərilər, həm də mövcud tərəfdaşlar məhsullarla yaxından tanış olaraq əməkdaşlıq imkanlarını müzakirə ediblər. “Caspian Agro 2026” sərgisi Agriasia MMC üçün yeni işgüzar əlaqələrin qurulması, bazar mövqeyinin gücləndirilməsi və aqrar sahədə müasir texnologiyaların təqdim olunması baxımından mühüm platforma olub. Şirkət gələcəkdə də bu kimi beynəlxalq sərgilərdə aktiv iştirak edərək kənd təsərrüfatı sektorunun inkişafına töhfə verməyi hədəfləyir.
Xocasəndə yeni ehtiyat hissələri mağazamız fəaliyyətə başlayır

Aqrar və sənaye texnikaları sahəsində etibarlı tərəfdaş olan Agriasia MMC müştərilərə daha yaxın olmaq məqsədilə Xocasən qəsəbəsində yeni ehtiyat hissələri mağazasının açılışını elan edir. Yeni mağazamızda traktorlar, kombaynlar, kənd təsərrüfatı və digər xüsusi texnikalar üçün geniş çeşiddə ehtiyat hissələri və təkərlər satışda olacaq. Məhsul portfelimizə müxtəlif ölçülü və təyinatlı təkərlər, mühərrik, transmissiya, hidravlik və elektrik hissələri, eləcə də texnikaların gündəlik istismarı üçün vacib olan digər komponentlər daxildir. Agriasia MMC olaraq əsas məqsədimiz fermerlərin və texnika sahiblərinin ehtiyaclarını keyfiyyətli məhsullar, münasib qiymətlər və operativ xidmət ilə qarşılamaqdır. Xocasəndə fəaliyyətə başlayan yeni mağazamız bu baxımdan müştərilərimizə daha sürətli və rahat xidmət göstərməyə imkan verəcək. Qeyd edək ki, mağazamızda təqdim olunan bütün ehtiyat hissələri etibarlı istehsalçılardan seçilmiş, texniki standartlara cavab verən məhsullardır. Peşəkar satış heyətimiz isə müştərilərə texnikalarına uyğun düzgün hissə seçimində hər zaman dəstək göstərəcək. Agriasia MMC – texnikanız üçün etibarlı ehtiyat hissələri artıq Xocasəndə sizin xidmətinizdədir.
Agriasia MMC ehtiyat hissələrinin çeşidini genişləndirir – Yeni məhsullar artıq anbardadır

Agriasia MMC olaraq müştərilərimizin tələbatını daha operativ və keyfiyyətli şəkildə qarşılamaq məqsədilə ehtiyat hissələri üzrə assortimentimizi xeyli genişləndirdiyimizi məmnuniyyətlə bildiririk. Şirkətimizə gətirilmiş yeni ehtiyat hissələri artıq anbarımıza qəbul olunub və hazırda çeşidləmə, kodlaşdırma və sistemləşdirmə işləri həyata keçirilir. Tezliklə fəaliyyətə başlayacaq yeni mağazamız vasitəsilə müştərilərimizə daha rahat, sürətli və əlçatan xidmət təqdim etməyi hədəfləyirik. Agriasia MMC bütün növ kənd təsərrüfatı, xüsusi təyinatlı və sənaye texnikalarının ehtiyaclarını qarşılamaq üçün geniş məhsul xətti ilə çıxış edəcək. Müştərilərimiz bir ünvanda müxtəlif texnika markaları və modelləri üçün uyğun detallar tapmaq imkanına malik olacaqlar. Yeni mağazamızda aşağıdakı kateqoriyalar üzrə məhsullar təqdim olunacaq: Ən önəmlisi, təqdim etdiyimiz ehtiyat hissələri yalnız traktorlarla məhdudlaşmır. AgriaAsia MMC bütün növ kənd təsərrüfatı texnikaları, yükdaşıma vasitələri, xüsusi təyinatlı texnikalar və digər sənaye maşınları üçün də uyğun detallar təklif edəcək. Bu yanaşma müştərilərimizin müxtəlif tələblərini bir mərkəzdən qarşılamağa imkan yaradır. Biz xidmət keyfiyyətini yüksəltmək, təminat prosesini sürətləndirmək və müştərilərimizə daha rahat alış təcrübəsi yaşatmaq üçün fasiləsiz şəkildə çalışırıq. Yeni mağazamızın açılışı ilə Agriasia MMC ehtiyat hissələrinin təmini sahəsində daha güclü mövqe qazanacaq və müştərilərimizin işini bir qədər də asanlaşdıracaq. Agriasia MMC olaraq müştərilərimizə yüksək keyfiyyətli məhsullar, güvənli təminat və peşəkar dəstək təqdim etməyə davam edəcəyik. Yeni imkanlarımızla bağlı növbəti yenilikləri yaxın günlərdə sizlərlə bölüşəcəyik.
Ensign markalı orijinal mühərrik və transmissiya yağları artıq satışdadır

Agriasia MMC olaraq sizi məlumatlandırmaqdan məmnunuq ki, Ensign markasına aid yüksək keyfiyyətli və rəsmi mənşəli mühərrik yağları, transmissiya yağları, ötürücülər sistemi üçün yağlar və antifrizlər artıq satışa təqdim olunub. Bu məhsullar, xüsusilə Ensign kənd təsərrüfatı texnikaları üçün nəzərdə tutulmuş və onların texniki tələblərinə tam uyğun olaraq istehsal edilmişdir. Məqsədimiz müştərilərimizə yalnız orijinal və etibarlı məhsullar təqdim etməkdir. Bu səbəbdən bütün yağlarımız rəsmi kanallar vasitəsilə gətirilmiş və texniki keyfiyyət göstəricilərinə görə yüksək standartlara cavab verir. Təqdim olunan məhsullar: Mühərrik yağları (10W-40 / 15W-40, API CH-4)Bu yarımsintetik və mineral əsaslı mühərrik yağları Ensign dizel mühərriklərinin stabil və uzunömürlü işləməsini təmin edir. Soyuq hava şəraitində asan işə düşmə, yüksək temperaturda isə mühərrikin güclü qorunması ilə fərqlənir. Aşınma və korroziyaya qarşı etibarlı müdafiə təmin edir. Transmissiya yağı – N100DEnsign transmissiya sistemləri üçün nəzərdə tutulmuş N100D yağı, ötürücü qutular və hidravlik sistemlərdə sabit və səmərəli iş rejimini dəstəkləyir. Köpüklənməyə və oksidləşməyə qarşı dayanıqlı formul sayəsində maşının ümumi iş keyfiyyətini artırır. Ötürücülər sistemi yağı – GL-5 85W-90GL-5 standartına cavab verən bu ağır yüklü yağlar diferensial, arxa ox və ötürücü qutular üçün uyğundur. Aşınma, qızma və təzyiq altında deformasiya risklərini minimuma endirir. Ensign traktorlarında istifadə üçün tövsiyə olunur. Antifriz (Mühərrik soyuducu maye)Yüksək donma və qaynama nöqtəsinə malik antifrizlər mühərrikin həm yayda, həm də qışda sabit temperaturda işləməsini təmin edir. Alüminium və digər metal səthlərə qarşı korroziya əleyhinə effektlidir, sistemdə çöküntü yaratmır və uzun müddət sabit qalır. Üstünlüklərimiz: Agriasia MMC olaraq sizə uzunömürlü texnika istismarı və daha az texniki xidmət ehtiyacı üçün tövsiyə olunan bu məhsulları rəsmi satış nöqtələrimizdən əldə etməyi təklif edirik. Yağ və texniki mayelər sahəsində yüksək keyfiyyət təqdim etmək bizim əsas məqsədimizdir. Əlavə məlumat və sifariş üçün bizimlə əlaqə saxlaya bilərsiniz.