Kənd təsərrüfatı texnikaları və aqrar həllərin təqdimatı sahəsində fəaliyyət göstərən Agriasia MMC, Caspian Agro 2026 beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edib.
Sərgi çərçivəsində şirkət müasir kənd təsərrüfatı texnikaları və aqrotexniki həlləri ziyarətçilərə təqdim edərək fermerlər üçün innovativ və səmərəli imkanlar nümayiş etdirib. Agriasia MMC-nin stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və gün ərzində çoxsaylı işgüzar görüşlər keçirilib.
Şirkət nümayəndələrinin məlumatına əsasən, təqdim olunan texnikalar məhsuldarlığın artırılması, yanacaq sərfiyyatına qənaət və istifadədə rahatlıq kimi üstünlükləri ilə seçilib. Sərgi müddətində həm potensial müştərilər, həm də mövcud tərəfdaşlar məhsullarla yaxından tanış olaraq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Caspian Agro 2026” sərgisi Agriasia MMC üçün yeni işgüzar əlaqələrin qurulması, bazar mövqeyinin gücləndirilməsi və aqrar sahədə müasir texnologiyaların təqdim olunması baxımından mühüm platforma olub.
Şirkət gələcəkdə də bu kimi beynəlxalq sərgilərdə aktiv iştirak edərək kənd təsərrüfatı sektorunun inkişafına töhfə verməyi hədəfləyir.