Xocasəndə yeni ehtiyat hissələri mağazamız fəaliyyətə başlayır

Aqrar və sənaye texnikaları sahəsində etibarlı tərəfdaş olan Agriasia MMC müştərilərə daha yaxın olmaq məqsədilə Xocasən qəsəbəsində yeni ehtiyat hissələri mağazasının açılışını elan edir.

Yeni mağazamızda traktorlar, kombaynlar, kənd təsərrüfatı və digər xüsusi texnikalar üçün geniş çeşiddə ehtiyat hissələri və təkərlər satışda olacaq. Məhsul portfelimizə müxtəlif ölçülü və təyinatlı təkərlər, mühərrik, transmissiya, hidravlik və elektrik hissələri, eləcə də texnikaların gündəlik istismarı üçün vacib olan digər komponentlər daxildir.

Agriasia MMC olaraq əsas məqsədimiz fermerlərin və texnika sahiblərinin ehtiyaclarını keyfiyyətli məhsullar, münasib qiymətlər və operativ xidmət ilə qarşılamaqdır. Xocasəndə fəaliyyətə başlayan yeni mağazamız bu baxımdan müştərilərimizə daha sürətli və rahat xidmət göstərməyə imkan verəcək.

Qeyd edək ki, mağazamızda təqdim olunan bütün ehtiyat hissələri etibarlı istehsalçılardan seçilmiş, texniki standartlara cavab verən məhsullardır. Peşəkar satış heyətimiz isə müştərilərə texnikalarına uyğun düzgün hissə seçimində hər zaman dəstək göstərəcək.

Agriasia MMC – texnikanız üçün etibarlı ehtiyat hissələri artıq Xocasəndə sizin xidmətinizdədir.